• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda neft sektoruna investisiyalar artıb

Azərbaycanda neft sektoruna investisiyalar artıb
18.07.2015 13:12
2015-ci ilin yanvar-iyun aylarında Azərbaycanda neft sektoruna 3435,0 milyon manat həcmində vəsait yönəldilib. 

Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 15,97% çoxdur.
"Report"un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu müddətdə qeyri-neft sektoruna investisiya qoyuluşunda isə əksinə illik 3,7% azalma müşahidə olunub. Qeyri-neft bölməsinin inkişafına sərf edilmiş 4490,6 milyon manatlıq vəsaitin 560,0 milyon manatı (ümumi sərmayənin 7,1 faizi) qeyri-neft sənaye bölməsinin inkişafında istifadə edilib. Qeyri-neft bölməsinə yönəldilmiş vəsaitin 54,4 faizi qeyri-dövlət müəssisə və təşkilatlarının payına düşüb.

Statistikaya əsasən 2015-ci ilin yanvar-iyun aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 7925,6 milyon manat vəsait yönəldilmiş, onun 73,6 faizi tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əsas kapitala yönəldilmiş vəsaitin həcmi 3,7 faiz, tikinti-quraşdırma işlərinə sərf edilmiş vəsaitin həcmi 11,5 faiz artıb. Məhsul istehsalı obyektlərinin inşasına 5096,2 milyon manat, xidmət sahələri üzrə obyektlərin tikintisinə 2829,4 milyon manat vəsait yönəldilib, ümumi sərmayənin 29,3 faizi dövlət, 70,7 faizi isə qeyri-dövlət müəssisələrinin payına düşüb. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsaitin həcmi ümumi sərmayənin 59,4 faizini təşkil edib.

Əsas kapitala yönəldilmiş sərmayənin ümumi həcmində müəssisə və təşkilatların vəsaitləri 5659,2 milyon manat, bank kreditləri 368,0 milyon manat, büdcə vəsaitləri 1488,1 milyon manat, büdcədənkənar fondların vəsaitləri 126,1 milyon manat, əhalinin şəxsi vəsaitləri 225,3 milyon manat, sair vəsaitlər 58,9 milyon manat təşkil edib.
2015-ci ilin yanvar-iyun aylarında əsas kapitala yönəldilmiş ümumi vəsaitin 50,4 faizi sənaye sahələrinin inkişafına, 12,5 faizi tikintiyə, 12,3 faizi nəqliyyat və anbar təsərrüfatına, hər birində 4,7 faiz olmaqla turistlərin yerləşdirilməsi və ictimai iaşəyə, dövlət idarəetməsinə, 3,8 faizi istirahət, əyləncə və incəsənətə, 2,9 faizi kənd təsərrüfatına, 2,1 faizi ticarətə, 2,0 faizi informasiya və rabitəyə, 1,4 faizi təhsilə, 0,9 faizi səhiyyəyə, hər birində 0,8 faiz olmaqla daşınmaz əmlakla əlaqədar əməliyyatlara, inzibati və yardımçı xidmətlərin göstərilməsinə, 0,5 faizi digər sahələrdə xidmətlərin göstərilməsinə, 0,2 faizi maliyyə və sığorta fəaliyyətinə sərf edilib.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti ucuzlaşıb
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol