• $
  • €
  • ₽
  • ₺
  • £

Aleksandr Novak: "Türk axını" təxirə salına bilər"

Aleksandr Novak: "Türk axını" təxirə salına bilər"
30.07.2015 15:36
Rəsmi Ankara Rusiyadan alınacaq təbii qazın qiymətində ciddi endirim tələb edir

İkitərəfli razılaşma ən qısa zamanda imzalanmadığı təqdirdə "Türk axını" layihəsinin təxirə salınması mümkündür. "Report"un Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, bunu Rusiyanın energetika naziri Aleksandr Novak deyib.

A.Novakın sözlərinə görə, Qara dənizin dibi ilə Türkiyəyə çatacaq xəttin inşasına başlanmadığı təqdirdə açılış tarixinin uzanması qaçılmazdır.
Daha öncə "Reuters"ə açıqlama verən Türkiyədəki mənbələr rəsmi Ankaranın ikitərəfli razılaşmadan öncə Rusiyadan alınacaq təbii qazın qiymətində böyük endirim istədiyini açıqlayıb.

Qeyd edək ki, "Qazprom" iyulda boru kəmərini inşa etməli olan İtaliyanın "Saipem" şirkəti ilə əldə edilən razılaşmanı ləğv edib.

Xatırladaq ki, 2017-ci ildə açılması gözlənilən xəttin Türkiyəyə illik 15,75 mlrd. kubmetr, 2020-ci ildən isə Yunanıstan üzərindən Cənubi Avropaya 63 mlrd. kubmetr təbii qaz ötürəcəyi gözlənilir.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti ucuzlaşıb
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol