“Facebook” üçölçülü virtual reallıq xidmətini işə salacaq

"Facebook” şirkəti internetdə yeni kommunikasiya növünü (üçölçülü virtual reallıq) inkişaf etdirməyi qarşısına məqsəd qoyub.
"ICTnews" elektron xəbər xidməti "itar-tass.com” saytına istinadən bildirir ki, bu haqda cari ilin ikinci rübündə "Facebook” şirkətinin nəticələrinə həsr edilmiş konfransda Mark Zukerberq deyib.
"Hesab edirəm ki, videodan sonra üçölçülü informasiya məkanı növbəti yenilik olacaq. İnsanlar həmişə öz fikirlərini paylaşmaq və kommunikasiya üçün yeni imkanlar axtarıblar. Biz fotodan videoya keçdik. Ancaq bu, hələ son deyil. Növbəti yenilik üçölçülü virtual reallıqdır".
2014-cü il yazında "Facebook” "Oculus Rift” virtual reallıq şleminin yaradıcısı kimi tanınan "Oculus VR” şirkətini 2 milyard dollara satın alıb. İndi "Facebook” bu texnologiyanın təkmilləşdirilməsinə böyük vəsait yatırır.
Zukerberqin planlarına əsasən, 2016-cı ilin birinci yarısında "Facebook” şəbəkəsində virtual reallıq platforması yaradılacaq.
Mütəxəssislər bildirir ki, əgər "Facebook” virtual reallıq proqramlarını ilk işə salsa dünya şəbəkəsində rəqiblərini geridə qoyacaq.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Son xəbərlər 
Daha çox 






















