Xalq artistinin səhhəti ilə bağlı AÇIQLAMA

Xalq artisti İlham Quliyevanın həkimi, tanınmış uroloq, tibb üzrə fəlsəfə doktoru Rəşad Şolan onun səhhəti barədə açıqlama verib.
Həkim APA-ya bildirib ki, son vaxtlar xəbər saytlarında Azərbaycanın xalq artisti İlhamə Quliyevanın səhhəti ilə bağlı ziddiyyətli məlumatlar yer almaqdadır.
R. Şolanın sözlərinə görə, İ. Quliyeva xəstəxanaya qəbul edildikdən sonra aparılan müayinələr zamanı böyrəklərin fəaliyyətində müəyyən problemlərin olduğu aşkar edilib: "Dərhal intensiv müalicəyə başladıq. Müalicə ilk gündən müsbət təsirini göstərdi. Gündəlik müayinələr təkrarlanır. Şükürlər olsun ki, ciddi müsbət dinamika müşahidə edirik . Hörmətli sənətkarımızın əhval-ruhiyyəsi də yaxşıdı. Ümid edirəm, hətta əminəm ki, yaxın vaxtlarda İlhamə xanımın səsini yenidən səhnədə eşidəcəyik".
Qeyd edək ki, İ. Quliyeva Mərkəzi Neftçilər Xəstəxanasında müalicə olunur.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Son xəbərlər 
Daha çox 



















