Azərbaycanda "Türk kinosu həftəsi" keçiriləcək

Məşhur türk aktyorlarının iştirakı ilə 10-a yaxın film nümayiş etdiriləcək
Azərbaycanda "Türk kinosu həftəsi"nin keçirilməsi gözlənilir.
"Report"un məlumatına görə, bu barədə informasiyanı Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və turizm üzrə məsləhətçisi Murat Karaçanta verib.
Onun sözlərinə görə, tədbir 7-11 dekabr tarixlərinə planlaşdırılıb. "Kino həftəsində" məşhur türk aktyorlarının iştirakı ilə təxminən 10 film nümayiş etdiriləcək.
Bundan əlavə, M.Karaçanta Türkiyə şirkətlərinin gələn ilin aprel ayında Bakıda keçiriləcək turizm sərgisində iştirakı üçün hazırlıqların getdiyini xəbər verib.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Son xəbərlər 
Daha çox 



















