Kukla Teatrında “Yeddi keçi balası” göstəriləcək

Noyabrın 26-da Uşaq Filarmoniyasının Musiqili Uşaq Teatrı Kukla Teatrında "Şəngülüm, Şüngülüm” nağılının motivləri əsasında "Yeddi keçi balası” nağıl tamaşasını göstərəcək.
Tamaşanı Elşad Rəhimzadə səhnələşdirib.
Xəbəri Mədəniyyət və Turizm Nazirliyi yayıb.
Azərbaycan Dövlət Uşaq Filarmoniyasının uşaq kollektivləri arasında iki ildən artıqdır ki Musiqili Uşaq Teatrı fəaliyyət göstərir. Teatrda məşğul olan uşaqlar Azərbaycan və dünya nağılları əsasında hazırlanmış tamaşalarda iştirak edir.
Uşaq Teatrı bundan əvvəl "Bremen musiqiçiləri”, "Cırtdanın nağılı”, "Yeni il gəlir” adlı tamaşa və kompozisiyalar nümayiş etdirib.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Son xəbərlər 
Daha çox 



















