“Cücələrim”in bəstəkarının 100 illiyidir

2016-cı ilin aprel ayında tanınmış Azərbaycan bəstəkarı Qəmbər Hüseynlinin anadan olmasının 100 illiyi tamam olur.
Prezident İlham Əliyev Qəmbər Hüseynlinin 100 illiyinin keçirilməsi ilə bağlı sərəncam imzalayıb.
Sərəncamda deyilir ki, "bəstəkarın "Cücələrim” əsəri bu gün də dünyada sevilə-sevilə dinlənilən uşaq mahnılarındandır”.
Qəmbər Hüseynli "Cücələrim” i 1948-ci ildə şair Tofiq Mütəllibovla ərsəyə gətirib. "Cücələrim” o vaxtdan indiyə qədər dünyanın 100-dən çox xalqının dilinə tərcümə olunub.
Ancaq mahnı düz 10 il sonra məşhurlaşıb. 1959-cu ildə Moskvada keçirilən Azərbaycan incəsənəti dekadasında ifa olunandan sonra «Cücələrim» yayılmağa başlayır. Müxtəlif dillərə çevrilir. Məşhur sovet cizgi filmi «Nu, poqodi!»nin bir bölümündə Azərbaycan dilində səslənib. /Azadliq.org
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Son xəbərlər 
Daha çox 



















