“Söz” ədəbi layihəsinin növbəti təqdimatı keçiriləcək

Budəfəki təqdimat Günel Anarqızının yaradıcılıq gecəsinə həsr olunacaq
Nizami Kino Mərkəzində "Söz” ədəbi layihəsinin növbəti təqdimatı keçiriləcək.
"Report" xəbər verir ki, noyabrın 27-də keçiriləcək təqdimat Günel Anarqızının yaradıcılıq gecəsinə həsr olunacaq.
Tədbirdə Nərgiz Cəlilova, Mehriban Zəki və Emil Əfrasiyab iştirak edəcək. Gecədə şeirlər səsləndiriləcək, musiqilər ifa ediləcək, həmçinin şairə tədbir iştirakçılarının suallarını cavablandıracaq.
Layihə Azərbaycan yazıçı və şairlərinin həm ölkə daxilində, həm də beynəlxalq ədəbi mühitdə tanıdılması, cəmiyyətdə ədəbiyyata, ədəbi ənənələrə, poetik axşamlara marağın və diqqətin artırılması, həmçinin ədəbi inkişafın stimullaşdırılmasına yönəldilib.
Qeyd edək ki, bu, "Söz" ədəbi layihəsinin ikinci tədbiri olacaq.
Layihənin rəhbəri Nigar Həsənzadədir.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Son xəbərlər 
Daha çox 



















