"Gülüstan" kitabının imza günü olacaq

5 dekbar saat 18-dən 19-dək Bakıda Fəvarələr bağında yazıçı Şərif Ağayarın yeni çapdan çıxmış "Gülüstan” romanının imza mərasimi keçiriləcək.
"Qanun” nəşriyyatının kitab yarmarkası çərçivəsində keçirilən tədbirdə yazıçının qələm dostları, yazarlar, media nümayəndələri iştirak edəcəklər.
Həmçinin oxucular Ş.Ağayarın "Qanun” nəşriyyatında çap olunmuş digər kitablarını da endirimli qiymətlə əldə edəcəklər.
Şərif Ağayar yeni çap olunmuş "Gülüstan” romanı haqda OxuZalına demişdi:
"Torpağını itirib geniş və isti çöllüklərə səpələnən insanları toplayıb Gülüstan adlı qəsəbə salırlar və həmin insanlara cənnət vəd edirlər. Ancaq hadisələrin gedişi bu mühitin cənnət yox, əslində cəhənnəm olduğunu göstərir.
Adəm və Həvva əhvalatı ilə mətnlərarası əlaqə üzərində qurulan süjet Adil (ləqəbi Adəm) adlı gənc müəllimin qəsəbəyə gəlməsi ilə başlayır və qəsəbə insanlarının tanıdılması ilə davam edərək, aşağı təbəqə insanlarının gülüstan vədi altında həyata keçirilən istibdada silahlı etirazı ilə yekunlaşır." /Oxu Zalı
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Son xəbərlər 
Daha çox 



















