Nizami Kino Mərkəzi dünya teatrlarının yeni tamaşalarını təqdim edəcək

Nizami Kino Mərkəzi Mədəniyyət və Turizm Nazirliyi, British Council Azərbaycan, Birləşmiş Krallığın Bakıdakı səfirliyi və CoolConnections şirkəti ilə birgə şəhər sakinlərinə Britaniyanın Milli Teatr, Şekspirin Qlobus teatrı, Royal Şekspir şirkəti, Royal Opera Haus Kovent Qarden və s. dünya teatrlarının ən yeni tamaşalarını təqdim edəcək.
Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, layihənin missiyası tamaşaçıya ölkəsini tərk etmədən, dünya teatr və incəsənət əsərlərini izləməyə imkan yaratmaqdır.
Mövsüm dekabrın 8-də Benedikt Kamberbeçin rol aldığı dahi Vilyam Şekspirin "Hamlet” tamaşası ilə açılacaq. Tamaşa rus dilində alt yazılarla təqdim olunacaq.
TheatreHD layihəsi çərçivəsində təqdim olunan növbəti nümayiş Tom Hidlestonun iştirakı ilə V.Şekspirin "Koriolanus” pyesi olacaq. Tamaşanın nümayiş tarixi dekabrın 15-nə planlaşdırılıb.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Son xəbərlər 
Daha çox 



















