Azərbaycanın məşhur yazıçılarının imza günləri keçiriləcək

Azərbaycanın tanınmış yazıçılarının "Soyuq əllər, isti ürək" yarmarkasında Qanun Nəşriyyatı tərəfindən keçirilən imza günləri davam edir. QANUN EVİNDƏ dekabrın 10-u, saat 18.00-dan 19.00-a qədər yazıçı Çingiz Abdullayevin "Qazanılmış cəhənnəm”, "Namərdin üslubu”, "Məhşər ayağında”, "Qaniçənlər aynası” adlı sonuncu kitabının, həmçinin son illərdə nəşr olunmuş digər kitablarının imza günü keçiriləcək.
Dekabrın 11-i isə saat 18.00-dan 19.00-a qədər xalq şairi, yazıçı Sabir Rüstəmxanlının "Şair və Şər”, "Dərdə əyilmə" adlı sonuncu kitabının, həmçinin son illərdə nəşr olunmuş digər kitablarının imza günü keçiriləcək.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Son xəbərlər 
Daha çox 



















