Rusiya Milli Simfonik Orkestri Əyyub Quliyevin rəhbərliyi ilə çıxış edib

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının dirijoru Əyyub Quliyevin rəhbərliyi ilə Rusiya Milli Simfonik Orkestri XVI Gənc ifaçıların beynəlxalq televiziya müsabiqəsinin bağlanış mərasimində çıxış edib.
Ə. Quliyevin APA-ya verdiyi məlumata görə, müsabiqədə 24 ölkədən (ABŞ, Böyük Briyaniya, Rusiya, Avstriya, Bolqarıstan, Çexiya, Yaponiya, Koreya, Macarıstan, Norveç və Gürcüstan) 48 nəfər gənc ifaçı 3 ixtisas üzrə - fortepiano, skripka, nəfəs və zərb alətləri ixtisasları üzrə iştirak ediblər.
Bağlanış tədbiri Moskva Dövlət Filarmoniyasının Çaykovski zalında baş tutub.
Müsabiqənin əsas təşkilat komitəsinin üzvləri Evelin Qlenni (İngiltərə), Vladimir Spivakov (Rusiya), İrina Xelfliger (İsveçrə), Denis Matsuyev (Rusiya), Markus Xinterxoyzer (Avstriya), Paloma Oşi (İspaniya) və Aleksey Şalaşov (Rusiya) olub.
Yarışma Rusiyanın "Mədəniyyət" kanalı tərəfindən canlı efirdə nümayiş olunub.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Son xəbərlər 
Daha çox 



















