B.Obama 2015-ci ildə bu romanı bəyənib

ABŞ-da hər ilin sonunda ölkə prezidentindən həmin il ən çox bəyəndiyi kitabı, filmi, mahnını və s. soruşmaq ənənəsi var.
Bugünlərdə Barak Obama "People” jurnalına müsahibə verib, ondan 2015-ci ildə ən çox bəyəndiyi filmin, mahnının, kitabın və s. adlarını soruşublar.
Onun seçdiyi film Ridli Skottun "Marslı” filmi, seçdiyi mahnı Kendrik Lamaırn "Dollar neçəyədir?” (How Much a Dollar Cost) repi olub.
Kitaba gəlincə, ABŞ prezidenti Lauren Groff’un "Tale və qəzəb” (Fates and Furies) kitabının 2015-ci ildə oxuduğu ən yaxşı kitab olduğunu söyləyib.
Adətən prezidentlər seçdikləri kitabın məzmunuyla öz siyasətlərinə eyham vurur və ya siyasi həmkarlarına mesaj verirlər. B.Obamanın seçdiyi kitab isə siyasi deyil, orada xarici əlaqələrə aid heç bir mesaj yoxdur. Bu, bir evlilik hekayəsidir. Hər iki tərərfin mövqeyindən yazılmış evlilik hekayəsi.
Lauren Groff - 37 yaşlı bir yazıçıdır. Romanlarına görə ABŞ-da bir sıra mükafatlar qazanıb. /Azadliq.org
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Son xəbərlər 
Daha çox 



















