“İşıq gələn tərəf” filmi Paris film festivalında xüsusi mükafata layiq görüldü

Kinorejissorlar Xəyyam Abdullayev və Elməddin Əliyevin "İşıq gələn tərəf” filmi Parisdə keçirilən "13th İnternational Festival Signs of the Night” film festivalında münsiflər heyətinin xüsusi mükafatına layiq görülüb.
APA-nın məlumatına görə, sözügedən film Fransada keçirilən "38th Clermont Ferrand Short film festival” əsas proqramında da iştirak edəcək.
Fevralın 6-dan 13-dək keçiriləcək festivalda iştirak etmək üçün yaradıcı heyət Parisə dəvət olunub.
Qeyd edək ki, "İşıq gələn tərəf” filmi bir ailənin hekayəsini əks etdirir. Filmin prodüseri Emin Nəsirli, quruluşçu operatoru Elman Əliyevdir.
Ekran əsərində aktyorlar Anar Şəfiyev, Hüsniyyə Əhmədova, Qədir Həsənov, Elmir Əliyev və Günel Əliyeva rol alıb.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Son xəbərlər 
Daha çox 



















