Bakıda "Afina gecələri"

Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında Pyotr Qladilinin pyesi əsasında hazırlanan "Afina gecələri" tamaşasının premyerası olacaq.
Teatrdan verilən məlumata görə, tamaşa 2016-cı il yanvarın 17-də nümayiş etdiriləcək. Tamaşanın quruluşçu rejissoru, xalq artisti Aleksandr Şarovski, quruluşçu rəssamı, əməkdar mədəniyyət işçisi Aleksandr Fyodorov, musiqi tərtibatı, əməkdar mədəniyyət işçisi Vladimir Neverova aiddir. Geyim üzrə rəssam Olqa Abbasovadır.
Tamaşada əsas rolları, Azərbaycanın xalq artisti Səfa Mirzəhəsənov, əməkdar artistlər Yevgeniya Nevmerjitskaya, Nataliya Şarovski, aktyorlar Natəvan Hacıyeva və Oleq Əmirbəyov ifa edəcək.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Son xəbərlər 
Daha çox 



















