Nəriman Əbdülrəhmanlının imza günü keçiriləcək

Yazıçılarımızın "Soyuq əllər, isti ürək" yarmarkasında Qanun Nəşriyyatı tərəfindən keçirilən imza günləri davam edir. QANUN EVİNDƏ dekabrın 19-u, saat 17.00-dan 18.00-a qədər yazıçı Nəriman Əbdülrəhmanlının "Könül elçisi” kitabının imza günü keçiriləcək.
N.Əbdülrəhmanlının bu tarixi bestselleri Səfəvi hökmdarı I Şah Abbasın 1599–1601-ci illərdə Moskov çarlığına və Avropa ölkələrinə göndərdiyi səfarət barədə, səfarətin birinci katibi, zəmanəsinin gözəl təhsil görmüş adamlarından olan, döyüşçü, şair, rəssam, Qərbdə Don Xuan de Persia adıyla tanınan Oruc bəy Bayatın ömür hekayəti haqqındadır. Həqiqətən birnəfəsə oxunan romanda siyasi qarşıdurmalar, xəyanətlər, qətllər, fırıldaqlar, əzablarla yanaşı gözəl eşq macəraları da var…
İmza günündə oxucular müəllifin son illərdə nəşr olunmuş "Bir kədərli qadın”, "Qurban”, "Yolçu”, "Yalqız”, "Dönəlgə” adlı kitablarını da öz imzası ilə əldə edə biləcəklər.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Son xəbərlər 
Daha çox 



















