Musiqili Teatr 2016-cı ilin ilk 3 ayının repertuar planını təsdiq etdi

Azərbaycan Dövlət Musiqili Teatrı qarşıdan gələn 2016-cı ilin ilk 3 ayı üçün repertuar planını açıqlayıb.
ANN.Az xəbər verir ki, qurumun mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu bildirib ki, Bədii Şuranın üzvləri yeni ilin yanvar, fevral və mart ayları üçün Musiqili Teatrın repertuar və iş planını təsdiqləyib. Bu müddət ərzində teatrın repertuarında olan təqribən 20 tamaşa 50 dəfəyə yaxın nümayiş etdiriləcək. Ötən il tamaşaçılarla sorğu əsasında daha çox reytinq qazanan tamaşalar - "O olmasın, bu olsun” (Ü. Hacıbəyli), "Ər və arvad” (Ü. Hacıbəyli), "Toya bir gün qalmış” (Ə. Səmədli), "Qızıl toy” (O. Kazimi, R. Heydər), "Mən dəyərəm min cavana” (F. Sücəddinov, T. Vəliyeva), "www-ferzeli-kef.com” (E. Sabitoğlu, C. Məmmədov), "Kimdir müqəssir?” (Ə. Haqverdiyev), "Talelər qovuşanda” (R. Hacıyev, E. Ocaqov, F. Zöhrabov), "Qısqanc ürəklər” (R. Mirişli, M. Haqverdiyev) və başqa səhnə əsərləri təqdim ediləcək. Habelə rus dilli və balaca tamaşaçılar "Qafqazlı qardaşqızı” (R. Hacıyev), "Fransız sayağı qarnir” (M. Kamoletti), "Skapenin kələkləri” (J.B. Molyer), "Düyməcik” (H.K. Anderson), "Yağış göbələyinin macərası” (R. Şəfəq, V. Zimin), "Dəcəl çəpişlər” (O. Zülfüqarov, R. Heydər), "Bir dayan canavar” (R. Ağayeva, A. Xayt, A. Kurlyanski), "Qırmızıpapaq” (E. Sabitoğlu, Y. Şvarts) və başqa tamaşaları izləyə biləcəklər.
Qarşıdakı üç ay ərzində tamaşaçılar Xalq artistləri Afaq Bəşirqızı, İlham Namiq Kamal, Fatma Mahmudova, Ramiz Məmmədov, Əməkdar artistlər Novruz Qartal, Nahidə Orucova, Cingiz Əhmədov, Nərgiz Kərimova, Ələkbər Əliyev, Səidə Şərifəliyeva, Əkbər Əlizadə, Svetlana Bulax, Əzizağa Əzizov, Emma Məlikova, Boris Qrafkin, Səmayə Musayeva, eləcə də gənc və istedadlı, artıq tamaşaçıların rəğbətini qazanmış aktyorlar Ülviyyə Əliyeva, Emil Heydərov, Mehriban Zalıyeva, Əliməmməd Novruzov, Gültac Əlili, Ruslan Mürsəlov, Gülnarə Əzimova, Əlif Cahangirov, Elnarə Nağdəliyeva və başqalarının ifalarını izləyə biləcəklər. Azərbaycan Dövlət Musiqili Teatrı 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl Bayramı – 2016-cı ilin gəlişi münasibətilə xalqımızı təbrik edir və yeni ildə hər kəsi bir-birindən maraqlı tamaşalara baxmağa dəvət edir.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Son xəbərlər 
Daha çox 



















