Türk serialları Latın Amerikasını işğal edib

«Türkiyənin «Binbir gece» serialında Sehrazat və Onur-un əzablı sevgisi Çili televiziyasını zəbt edib, telenovella məskəni kimi tanınan Latın Amerikasında praym-taymı da dəyişib». Bunu «France Presse» agentliyi yazır.
Bu serial illərdir Çilidə görünməyən televiziya auditoriyası toplaya bilib, kanalın gəlirlərini artırıb. Bu fenomen Latın Amerikasında digər televiziyaları türk seriallarının idxalına həvəsləndirib.
Agentlik yazır ki, «Min bir gecə»ni alanda «Mega» televiziyası miskin durumda idi. Serialın gətirdiyi gəliri görən telekanal «Fatmagül'ün suçu ne?» və «Ezel»i də alır.
Sehrazat və Onur artıq Kolumbiya izləyicisinin də ürəyini fəth edib, Uruqvay, Braziliya, Ekvador və Peruda da göstəriləcək. Serial Argentina və Boliviyaya da satılıb.
«France Presse» yazır ki, bu, Avropa və Yaxın Şərqdə sadiq auditoriyası olan Türkiyə televiziyası üçün bir çevriliş deməkdir. «Latın Amerikası bazarına girməyimiz xeyli vaxt apardı», - Türkiyənin «Global Agency» distributorunun rəhbəri İzzet Pinto deyir. «Ancaq bu il regiona daxil ola bildik. Çilidə uğur qazandıq və digər bazarlar da üzümüzə açıldı».
Türk serialları daha çox romantika və minimum seks göstərən klassik melodramadır. «Adamlar köhnə, ənənəvi formatı, klassik ssenarini sevirlər», - Çilinin TVN yayım şirkətindən seriallar üzrə menecer Francisco Cortes deyir.
Həm də türk serialları Latın Amerikası bazarına elə bir məqamda girir ki, yerli seriallar daha çox erotikaya meyllənir və «narko-telenovella»lara çevrilməkdədir. Yerli izləyicilər bu tendensiyadan yorulmuş görünür.
Ötən həftə «Canal 13» «Mühteşem Yüzyıl»ın yayımına başlayıb. Sultan Süleyman obrazını canlandıran Halit Ergenç-i izləyicilər «Binbir gece»də Onur-la sevib və o, artıq Çilidə bir ulduza çevrilib. /Azadliq.org
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Son xəbərlər 
Daha çox 



















