Opera və Balet Teatrında “Bohema” operası nümayiş olunacaq

Yanvarın 16-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Cakomo Puççininin "Bohema” operası nümayiş olunacaq.
Teatrın mətbuat xidmətindən verilən məlumata görə, tamaşada azərbaycanlı vokalçılarla yanaşı Ukrayna və Belorusdan olan solistlər də iştirak edəcək.
Mimi rolunu Ukrayna Milli Operasının solisti, Ukraynanın xalq artisti Olqa Naqornaya, Marsel partiyasını Belorus Akademik Böyük Opera və Balet teatrının solisti, Belorusun əməkdar artisti Vladimir Qromov, Rudolf partiyasını isə digər bir beloruslu vokalçı Eduard Martınyuk ifa edəcəklər.
Tamaşada Azərbaycanın opera sənətini xalq artisti Əli Əsgərov (Alsindor), əməkdar artistlər İnarə Babayeva (Müzetta) və Əkrəm Poladov (Kollen) təmsil edəcəklər.
Tamaşanın dirijoru xalq artisti Cavanşir Cəfərovdur.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Son xəbərlər 
Daha çox 



















