Mədəniyyət və Turizm Nazirliyinin strukturunda yeni təyinatlar

Oqtay Muxtarov yeni vəzifəsinə təyin edilməzdən əvvəl Mədəniyyət və Turizm Nazirliyinin Mərkəzi Aparatında çalışıb
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Bakı şəhərində fəaliyyət göstərən musiqi və incəsənət məktəblərinə yeni direktor təyin edib.
Bu barədə "Report"a Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Vüqar Şıxəmmədov məlumat verib.
Nazirin əmri ilə Əziz Qarayusifli Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin direktoru vəzifəsinə təyin edilib. O, son təyinata qədər adıçəkilən həmin İncəsənət Məktəbində çalışıb.
Əbülfəs Qarayevin digər əmri ilə Oqtay Muxtarov Bakı şəhəri 36 saylı Uşaq Musiqi Məktəbinin direktoru vəzifəsinə təyin olunub.
O.Muxtarov bu vəzifəyə təyin edilməzdən əvvəl Mədəniyyət və Turizm Nazirliyinin Mərkəzi Aparatında çalışıb.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Son xəbərlər 
Daha çox 



















