Azərbaycanın rəsmi qəzetində nüvə silahı əleyhinə şeir

Rəsmi "Azərbaycan” qəzetində xalq şairi Fikrət Qocanın "Nüvə silahına və sınağına - YOX!!! – deyirik” adlı şeiri dərc edilib.
"Report” həmin şeiri təqdim edir:
Allah tozanağı yoğurdu-yapdı,
Kainat qoynunda cənnət yaratdı,
Bizi də cənnətin qoynuna atdı.
Sonra nə eylədik, biz eylədik, biz!
Göz açdıq, nə gördük, söz eylədik biz.
Zəmzəm suyumuzu buz eylədik biz.
Yorduq torpaqları duz eylədik biz,
Bu xaos dünyada meydan sulasa,
Cənnəti yenidən toz eylərik biz!
Xatırladaq ki, yanvarın 6-da Şimali Koreya hidrogen bombasını sınaqdan keçirib. Bu isə dünyanın əksər dövlətlərinin, o cümlədən ABŞ, Rusiya, Cənubi Koreya, Yaponiya, Avstraliya və s. dövlətlərin narazılığına səbəb olur.
Qeyd edək ki, bu gün Şimali Koreyanın rəhbəri Kim Çen Inın doğum günüdür. Lakin onun neçə yaşının tamam olması dəqiq bəlli deyil.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Son xəbərlər 
Daha çox 



















