• $
  • €
  • ₽
  • ₺
  • £

Gəncə artıq rəsmi olaraq Avropa Gənclər paytaxtıdır

Gəncə artıq rəsmi olaraq Avropa Gənclər paytaxtıdır
08.01.2016 14:15
Gəncə artıq rəsmi olaraq Avropa Gənclər paytaxtıdır. Nizami yurdu bu il şəhərimizə üz tutacaq xarici qonaqları qəbul etməyə hazırlaşır. Trend-in məlumatına görə, bu istiqamətdə daha bir yenilik həyata keçirilib. Belə ki, şəhərin küçələrində "Gəncə Avropa Gənclər Paytaxtı-2016" loqolu taksilərə rast gəlmək olur.

Bu maraqlı təşəbbüs Naxçıvan Avtomobil Zavodu tərəfindən irəli sürülüb. Müəssisədə istehsal olan NAZ Lifan avtomobilləri "Gəncə AGP-2016" loqoları ilə bəzədilərək Nizami yurduna göndərilib. Hazırda şəhərdə fəaliyyət göstərən bu cür taksilərin sayı 6-dır. Gələcəkdə bu rəqəmin artırılması nəzərdə tutulub.

Məqsəd Rəhimov - NAZ-ın mətbuat xidmətinin rəhbəri: "Şəhərimizin "Avropa Gənclər paytaxtı” olması ilə əlaqədar, şəhərimizə Avropadan və dünyanın müxtəlif ölkələrindən xeyli sayda həm qonaqlar, həm də turistlər gələcək. Gəncə İcra Hakimiyyətinin rəhbərliyi tərəfindən şəhərdə irimiqyaslı tikinti-abadlıq işləri aparılır. Görülmüş işlərin nəticəsində Gəncə günü-gündən inkişaf edir, gözəlləşir, sakinlərin rahatlığı ən yüksək səviyyədə təmin olunur. Təbii ki,belə bir şəraitdə müasir standartlara cavab verən taksilərin şəhərimizdə fəaliyyət göstərməsi vacibdir. Bu baxımdan da Naxçıvan Avtomobil Zavodu Gəncə şəhər İcra Hakimiyyətinin rəhbərliyinin yaratdığı şəraitə müvafiq olaraq Gəncədə belə bir xidmətin fəaliyyət göstərməsini planlaşdırdı".

Bu taksilərin sürücüləri vahid formadan istifadə edir. Qısa vaxt ərzində istismara verilməsinə baxmayaraq, taksilər şəhər sakinlərinin marağına səbəb olub.

Nicat Mahmudov - sürücü: "Tələbat var. Minirlər, gəzdiririk şəhərdə. Turistlər də gələndə otururlar taksilərə, gəzdiririk. Tarixi abidələrimizlə tanış edirik, gəzməli-görməli yerlərə aparırıq. Məsələn, Nizami məqbərəsidir, Şah Abbas Məscididir və s".

Yaxın vaxtlarda taksilərə taksometrlər də quraşdırılacaq ki, bu da dünya təcrübəsinin şəhərimizdə tətbiqi deməkdir.

Sakinlər, xüsusi ilə də şəhərə gələn xarici qonaqların taksilərdən istifadəsini asanlaşdırmaq üçün çağrı mərkəzinin yaradılması da planlaşdırılır.

Gəncədə yeni taksi xidməti ilə məşğul olmaq istəyənlər 11500 manat ödəməklə və ya ikin 2000 manat, ayda 361 manat olmaqla 3 il muddetinə hissə hissə ödəməklə "Naz Lifan” taksiləri əldə edə bilər.
 




www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar
Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti
Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti
Sədr: Turistlər Azərbaycan muzeylərinin qarşısında növbəyə dayanmalıdır
Mədəniyyət 16:06
Sədr: Turistlər Azərbaycan muzeylərinin qarşısında növbəyə dayanmalıdır
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib
Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib
Mədəni irsin qorunması Azərbaycana əlavə gəlir gətirə bilər - təklif
Mədəniyyət 12:37
Mədəni irsin qorunması Azərbaycana əlavə gəlir gətirə bilər - təklif
Aktyor Aslan Fətullayev vəfat edib
Mədəniyyət 16:00
Aktyor Aslan Fətullayev vəfat edib
Call It qrupu ilk solo konsert proqramı ilə səhnəyə çıxacaq
Mədəniyyət 10:23
Call It qrupu ilk solo konsert proqramı ilə səhnəyə çıxacaq
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Mədəniyyət 22:35
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol