Bakı Bələdiyyə Teatrında "Məkr və məhəbbət"

Bakı Bələdiyyə Teatrında görkəmli alman şairi və dramaturqu Fridrix Şillerin "Məkr və məhəbbət" əsəri əsasında yeni tamaşa hazırlanır.
Səhnə əsərinin quruluşçu rejissoru, Azərbaycan və Kalmıkiya Respublikalarının əməkdar incəsənət xadimi, Gənc Tamaşaçılar Teatrının baş rejissoru Bəhram Osmanov "Report"a açıqlamasında deyib ki, artıq tamaşanın məşqləri başlayıb.
Onun sözlərinə görə, tamaşa Bakı Bələdiyyə Teatrının 25 illik yubileyi münasibətilə hazırlanır: "Yeni səhnə əsərini martın sonu-aprelin əvvəlində təhvil verməyi düşünürəm. Tamaşada Bakı Bələdiyyə Teatrının aktyorları çıxış edirlər".
B.Osmanov bildirib ki, rolları teatrın aktyorları-əməkdar artistlər Əfqan Soltanov, Rafiq İbrahimov, Aydın Əliyev, Gülsabah Quliyeva, aktrisa Ülviyyə Rzayeva və başqaları canlandırır.
Tamaşanın rəssamı Elşən Sərxanoğludur.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Son xəbərlər 
Daha çox 



















