Tom Henks ABŞ-ın ən çox sevilən kino ulduzu seçildi

Aktyor Tom Henks yenidən ABŞ-ın ən çox sevilən kino ulduzu seçilib.
"Report" "Qazeta.ru"ya istinadən xəbər verir ki, "Harris Poll"un apardığı sorğuda 2,2 min yaşlı amerikalı iştirak edib.
Xatırladaq ki, T.Henks artıq 2002, 2004, 2005 və 2013-ci illərdə də reytinqin lideri olmuşdu. O, 2015-ci ildə yenidən siyahıya başçılıq edib.
ABŞ-ın ikinci ən sevimli film ulduzu Conny Depp olub. Denzel Vaşinqton üçüncü, Con Ueyn dördüncü, Harrison Ford isə beşinci sırada qərarlaşıb.
"Top-10"da həmçinin Sandra Bullok, Cennifer Lourens, Klint İstvud, Bred Pitt və Culiya Roberts də yer alıb.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Son xəbərlər 
Daha çox 



















