“Bakı Metropoliteni" onlara müraciət etdi

"Bakı Metropoliteni” rəssamlar və rəsm həvəskarlarına müraciət edib
"Bakı Metropoliteni” QSC növbəti sərgi qalereyası üçün rəssamlar və rəsm həvəskarlarının işlərinin qəbulunu açıq elan edir.
"Report"a daxil olan xəbərə görə, sərgi azərbaycanlı rəssamlar və rəsm həvəskarlarına həsr olunacaq.
Əsərlərin, rəsmlərin fotoşəkillərini [email protected] e-mail ünvanına göndərin. Məktuba qoşduğunuz şəkillərin həcmi 6 Mb-dan artıq olmamalıdır. Şəkillərin həcmi daha çox olduğu təqdirdə onları kiçildib göndərin və ya wetransfer.com xidmətindən istifadə edərək metropolitenə ünvanlayın. Seçim üçün kiçikölçülü şəkillər kifayətdir.
Seçilmiş əsərlərin müəlliflərindən xahiş olunur ki, əsərlərin fotoşəkillərini yüksək keyfiyyətli formatda təqdim etsinlər.
Əsərlərdə şəxsi imza olmadığı təqdirdə və ya müəlliflik hüququ ilə bağlı şübhə yarandığı halda təqdim olunmuş əsərin müəllifə aid olduğunu sübut etmək üçün sizdən əsərin əslinin təqdim olunması rica edilə bilər. İştirak üçün sizdən yalnız əsərinizin keyfiyyətli fotosunu, adınız və soyadınız göstərilməklə əsərin qısa məzmununu özündə əks etdirən yazılı mətni təqdim etmək tələb olunur.
İşlərin qəbulu 1 aprel 2016-cı il tarixinədək həyata keçiriləcək
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Son xəbərlər 
Daha çox 



















