Elnur yenidən “O səs Türkiyə” səhnəsində – VİDEO

Azərbaycanlı müğənni Elnur Hüseynov "O səs Türkiyə” müsabiqəsinin final gecəsində iştirak edib.
Oxu.Az xəbər verir ki, o, "Eurovision”da ifa etdiyi "Hour of the Wolf” mahnısının remiks versiyasını səsləndirib.
Qeyd edək ki, Elnur 2003-cü ildən musiqi fəaliyyətinə başlayıb. O, 2003-cü ildə Lider TV-də yayımlanan "Sing Your Song” müsabiqəsini qalibi olub.
2008-ci ildə "Eurovision” mahnı müsabiqəsində Samir Cavadzadə ilə birlikdə "Day After Day” mahnısı ilə Azərbaycanın ilk təmsilçisi olublar. Onlar müsabiqədə 8-ci yeri tutublar. Müsabiqədə iştirakından sonra qısa müddət Ukraynada fəaliyyət göstərib və bir müddət Azərbaycanda müxtəlif konsert və şoularda çıxış edib.
Elnur karyerasında növbəti uğurunu 2015-ci ildə qazanıb. O, 2014-2015 mövsümündə TV8 kanalında yayımlanan "O Səs Türkiyə” müsabiqəsində qalib olub.
2015-ci ildə "Eurovision” mahnı müsabiqəsində yenidən Azərbaycanı təmsil etmək hüququ əldə edib. Bu dəfə o, "Hour Of The Wolf” mahnısı ilə çıxış edib və yekunda 13-cü olub.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Son xəbərlər 
Daha çox 



















