Qərbdən Kiyevə islahat çağırışı

Qərb liderləri Ukraynanın istefa vermiş iqtisadiyyat nazirinin islahat cəhdlərini alqışlayıb və Kiyevi həmin islahatları davam etdirməyə çağırıb. Aivaras Abromavicius fevralın 3-də istefa verib.
ABŞ Dövlət Departamentinin sözçüsü John Kirby onun apardığı sərt iqtisadi siyasəti alqışlayıb, "Ukraynaya real nəticələr verdiyini” deyib və ölkə liderlərini çağırıb ki, antikorrupsiya tədbirlərini davam etdirsinlər.
ABŞ, Almaniya və Britaniyanın Kiyevdəki səfirləri bu istefadan "dərin təəssüf” hissi keçirib, islahatların davam edəcəyinə ümidlərini bildiriblər.
Litva kökənli Abromavicius deyib ki, böyük islahatların qarşısı alındığı üçün istefa verir, "sistematik və vacib islahatlara əngəllər kəskin artıb”. /Azadliq.org
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Son xəbərlər 
Daha çox 



















