Avstriyada bomba xəbərinə görə teatrdan 850 tamaşaçı təxliyə edilib

Ziyarətçilər arasında hökumət başçısı da olub
Avstriyada bomba xəbəri səbəbindən teatrdan 850 nəfər təxliyə olunub.
"Report" TASS-a istinadən xəbər verir ki, ziyarətçilər arasında hökumət rəhbəri də olub.
Məlumata görə, xəsarət alan olmayıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları xidməti itlərlə teatr binasında axtarış aparıblar, lakin heç bir şübhəli əşya aşkar etməyiblər. Bu, Klaqenfurt şəhərində baş verib. Polis binaya bombanın qoyulması xəbərini verən telefon dələduzlarını axtarır.
Qeyd olunur ki, incəsənət həvəskarları Cakomo Puççininin "Madam Batterflyay" operasının premyerasını tərk etmək məcburiyyətində qalıblar.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Son xəbərlər 
Daha çox 



















