• $
  • €
  • ₽
  • ₺
  • £

"Əbədi ezamiyyət" Naxçıvanda

"Əbədi ezamiyyət" Naxçıvanda
06.02.2016 12:10
Naxçıvan şəhərindəki Gənclik Mərkəzində Heydər Əliyev Fondunun dəstəyi ilə çəkilən "Əbədi ezamiyyət” sənədli filminin təqdimat mərasimi olub.

Trend-in məlumatına görə, təqdimat mərasimi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri yanında Gənclər Fondu, Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi, Yeni Azərbaycan Partiyası Heydər Əliyev adına Gənclər Birliyinin təşkilatçılığı ilə keçirilib.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi Aparatının rəhbəri Canməmməd Canməmmədov çıxış edərək bildirib ki, bu gün muxtar respublikada ilk dəfə olaraq Heydər Əliyev Fondunun dəstəyi, layihə rəhbəri Arzu Əliyevanın baş prodüserliyi ilə Bakı Media Mərkəzinin ərsəyə gətirdiyi "Əbədi ezamiyyət” sənədli filminin nümayişi olacaq. Vurğulanıb ki, bugünkü tədbirdə filmin yaradıcı heyətindən ssenari müəllifi Müsəllim Həsənov, quruluşçu operatoru Rəşad Nuriyev, quruluşçu rejissoru Fariz Əhmədov və filmin məsləhətçisi, həmçinin baş rolun ifaçısı Tahir Əliyev də iştirak edir.

Filmin ərsəyə gəlməsində göstərilən dəstəyə görə Heydər Əliyev Fonduna minnətdarlığını bildirən ssenari müəllifi Müsəllim Həsənov bildirib ki, "Əbədi ezamiyyət” filmi 1919-cu ilin yanvarında Azərbaycan Xalq Cümhuriyyətinin parlament sədri Əlimərdan bəy Topçubaşovun rəhbərliyi ilə Paris Sülh Konfransına ezam etdiyi nümayəndə heyətinin keşməkeşli taleyindən bəhs edir.

Qeyd olunub ki, yaradıcı heyət filmin hazırlanması üçün il yarım müddətində Bakı, Tbilisi, Moskva, Sankt-Peterburq və Paris şəhərlərindəki arxivlərdə araşdırmalar aparıb, bu şəhərlərdə video və fotoçəkilişlər edib, Fransada Azərbaycan mühacirəti ilə bağlı tədqiqat aparan alimlərlə görüşləri və söhbətləri lentə alıb.

Müsəllim Həsənov "Əbədi ezamiyyət” sənədli filminin təqdimat mərasiminin Naxçıvanda keçirilməsində göstərilən dəstəyə görə muxtar respublika rəhbərinə minnətdarlığını bildirib.

Sonra filmə baxış olub.

Sənədli film izləyicilər tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, təqdimat mərasimində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzinin, AMEA Naxçıvan Bölməsinin, mədəniyyət müəssisələrinin əməkdaşları, Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələrinin Naxçıvan Muxtar Respublika Təşkilatının üzvləri, muxtar respublikada fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri, kütləvi informasiya vasitələrinin və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar
Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti
Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti
Sədr: Turistlər Azərbaycan muzeylərinin qarşısında növbəyə dayanmalıdır
Mədəniyyət 16:06
Sədr: Turistlər Azərbaycan muzeylərinin qarşısında növbəyə dayanmalıdır
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib
Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib
Mədəni irsin qorunması Azərbaycana əlavə gəlir gətirə bilər - təklif
Mədəniyyət 12:37
Mədəni irsin qorunması Azərbaycana əlavə gəlir gətirə bilər - təklif
Aktyor Aslan Fətullayev vəfat edib
Mədəniyyət 16:00
Aktyor Aslan Fətullayev vəfat edib
Call It qrupu ilk solo konsert proqramı ilə səhnəyə çıxacaq
Mədəniyyət 10:23
Call It qrupu ilk solo konsert proqramı ilə səhnəyə çıxacaq
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Mədəniyyət 22:35
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol