Xalq artisti xəstəxanaya yerləşdirildi

Xalq artisti, rejissor Tofiq İsmayılov xəstəxanaya yerləşdirilib.
76 yaşlı rejissorun səhhəti ilə əlaqədar Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsinin müdiri Vüqar Abdulkərimov Oxu.Az-a açıqlamasında bildirib:
"Hazırda reanimasiyadadır. Müalicə davam edir”.
Tofiq İsmayılov Hepatit virusundan əziyyət çəkir.
Rejissor 1939-cu il aprelin 6-da Bakıda anadan olub. 1994-2006-cı illərdə dəvətlə Türkiyənin Memar Sinan adına Gözəl Sənətlər Universitetində çalışıb. İstanbulun Böyük Şəhər Bələdiyyəsində mədəniyyət işləri üzrə müşavir olub. 2007-ci ildən bu günə kimi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs deyir.
"Yaşıl işıq”, "Musiqi müəllimi”, "Mən mahnı qoşuram” və s. filmlərin rejissoru və ssenari müəllifidir.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Son xəbərlər 
Daha çox 



















