Romada azərbaycanlı rəssamın sərgisi

Roma Müasir İncəsənət Muzeyində (Museo di Arte Contemporanea di Roma - MACRO) azərbaycanlı rəssam Faiq Əhmədin fərdi sərgisi keçiriləcək.
"Report" xəbər verir ki, "Qavrayış nöqtəsi" adlı sərgi bu gün açılır və martın 29-dək davam edəcək.
Təqdim ediləcək bütün işlər xüsusi olaraq MACRO-da nümayiş etdirilmək üçün hazırlanıb. Sərgidə rəssamın sənətində xüsusi yeri olan xalçalarla bərabər, bir çox işlər və quraşdırmalar da yer alıb.
Sərgi Azərbaycanın İtaliyadakı səfirliyinin dəstəyi ilə keçirilir və "Montoro12" Müasir İncəsənət qalereyasıyla əməkdaşlıq şəklində təşkil olunub.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Son xəbərlər 
Daha çox 



















