Arif Quliyevin teatrı bağlandı

Xalq artisti, gülüş ustası Arif Quliyevin rəhbərlik etdiyi teatr fəaliyyətini dayandırıb. Bu barədə aznews.az-a A.Quliyev özü məlumat verib.
Bildirib ki, "Satira” teatrı maliyyə azlığı səbəbindən işləmir: "Pul yoxdur. Əgər maliyyə olsa, harasa konsert verməyə gedərik. Aktyorlar bütün günü mürgü vurur. Hər gün teatra gəlib-gedirlər. Teatrda yeganə işimiz çay dəmləməkdir. Bir gün dəmləyib 5 gün onu içirik. Növbəti həftə isə üstünə su alıb təkrar içirik. Daha nə edək? Pul yoxdur, heç kim başqasına əl tutmur. Kimin qapısını döymək olar ki, mənə çay pulu ver? Daha o vaxtlar getdi”.
Aktyor hazırda heç bir rol ifa etmədiyini deyib: "İşləmirəm. Əvvəllər oynadığım rolları da başqa aktyorlara həvalə ediblər. Dəvətlər olur, ancaq onlar da yox kimi bir şeydir. Bir iki filmə də dəvət aldım, sonra onlardan da bir səs-səmir çıxmadı”.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Son xəbərlər 
Daha çox 



















