Akademik Milli Dram Teatrında tamaşa

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində Hüseyn Cavidin "Topal Teymur” əsəri əsasında səhnələşdirilən "Əmir Teymur” tamaşası nümayiş olunub.
Teatrın mətbuat xidmətindənAPA-ya verilən məlumata görə, səhnə əsəri əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadənin quruluşunda hazırlanıb.
Tamaşanın quruluşçu rəssamı İlham Elxanoğlu, musiqi tərtibatçısı Aygün Səmədzadədir. Rəqs və döyüş səhnələrini əməkdar artist Pərviz Məmmədrzayev qurub.
Səhnə əsərində əsas rolları xalq artistləri Nurəddin Mehdixanlı, Rafiq Əzimov, əməkdar artistlər Mətanət Atakişiyeva, Kazım Həsənquliyev, Münəvvər Əliyeva, Elşən Rüstəmov, Kazım Abdullayev, aktyorlar Hikmət Rəhimov, Rövşən Kərimduxt, Anar Heybətov, Şəhla Əliqızı və İlahə Həsənova ifa edib.
Qeyd edək ki, Hüseyn Cavidin "Topal Teymur” beşpərdəli dramı 1925-ci ildə yazılaraq 1926-cı ildə çap edilib. Elə çap olunduğu ildə də tamaşaya qoyulan dram əsəri ədəbiyyat və incəsənət xadimləri, eləcə də teatrsevərlər tərəfindən böyük maraqla qarşılanıb.
www.ann.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Son xəbərlər 
Daha çox 