Fəxrəddin Manafov “sevgi dərsləri” verəcək

Aprel ayında Səməd Vurğun adına Rus Dram Teatrında "Kazanova: sevgi dərsləri” tamaşasının premyerası olacaq. Əsərin müəllifləri Viktor Korkiya və Aleksandr Lavrindir.
Teatrdan Oxu.Az-a verilən məlumata görə, Kazanova obrazını Rus Dram Teatrının səhnəsində ilk dəfə Azərbaycanın xalq artisti Fəxrəddin Manafov ifa edəcək.
Tamaşanın quruluşçu rejissoru və musiqi tərtibatçısı İlqar Safat, quruluşçu rəssamı Mustafa Mustafayevdir.
Tamaşada xalq artisti Yuri Baliyev, əməkdar artist Firdovsi Atakişiyev çıxış edəcəklər.
Digər obrazları Rus Dram Teatrının aktyorları Murad Məmmədov, Yuri Omelçenko, Yaroslav Trifonov, Rüfət Nəzərov, Boris Brodskiy, Olqa Arsenteva, Tamilla Abutalıbova, Olesiya Qasımova, Fəridə Nesterenko, Maya Vorobjanskaya, Fatimə Əliyeva və Zümrüd Əliyeva ifa edəcəklər.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Son xəbərlər 
Daha çox 



















