Nazirdən yeni təyinat

Bakı şəhərində Mədəniyyət və Turizm Nazirliyinin strukturunda olan 30 nömrəli Uşaq Musiqi Məktəbində yeni direktor təyinatı həyata keçirilib.
Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin müvafiq əmrinə uyğun olaraq, 2016-cı il fevralın 25-dən Yusif Əhməd oğlu Məmmədov 30 nömrəli Uşaq Musiqi Məktəbinin direktoru təyin edilib.
Yusif Məmmədov Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında musiqişünaslıq ixtisası üzrə təhsil alıb.
Xatırladaq ki, 30 nömrəli Uşaq Musiqi Məktəbinin keçmiş direktoru Bağırov Eldar Novruz oğlu 2015-ci il dekabrın 30-dan öz xahişi ilə tutduğu vəzifədən azad edilib.
Uşaq Musiqi Məktəblərinə yeni təyin olunan direktorların qarşısına Nazirliyin rəhbərliyi tərəfindən musiqi təhsilinin daha da inkişafı, təlim tərbiyə prosesinin təkmilləşdirilməsi, təhsilin keyfiyyətinin yüksəldilməsi, gənc istedadların müəyyən edilməsi kimi vəzifələr tapşırılır.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Son xəbərlər 
Daha çox 



















