“Səhnəyə ilk addım” konserti keçirildi

Martın 4-də Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin Musiqi Məktəblərinin təşkilatçılığı ilə Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin konsert zalında 8 mart – Beynəlxalq Qadınlar gününə həsr edilən konsert proqramı keçirilib.
"Report" xəbər verir ki, Bakı şəhərinin uşaq musiqi və incəsənət məktəblərində təhsil alan 1-ci sinif şagirdlərinin "Səhnəyə ilk addım” adlı konserti keçirilib.
Şagirdlər Azərbaycan və Avropa bəstəkarlarının əsərlərindən ibarət zəngin konsert proqramı ilə çıxış edib.
Məktəbin foyesində İncəsənət Məktəbinin 1-ci sinif şagirdlərinin əl işlərindən ibarət sərgi təşkil olunub.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Son xəbərlər 
Daha çox 



















