«Nabat» filmi İsveçrədə

İsveçrənin Bazel şəhərində 11-ci «Cinema Querfeld» film festivalı keçirilib.
Festivalda Azərbaycan rejissoru Elçin Musaoğlunun «Nabat» filmi nümayiş etdirilib. «Report»un xəbərinə görə, filmin nümayişindən əvvəl «Azərbaycanın dostları» Assosiasiyasının sədri Arzu Bodmer çıxış edərək Dağlıq Qarabağ münaqişəsi, bu bölgənin tarixi və mədəniyyəti barədə qonaqlara məlumat verib. Sonra filmin əsas ideyası və çəkiliş prosesi ilə bağlı rejissor Elçin Musaoğlunun fikirləri dinlənilib.
Filmin nümayişindən sonra tamaşaçılarla festival nümayəndələri arasında fikir mübadiləsi aparılıb.
Bu festival İsveçrə ilə birlikdə diaspor təşkilatlarının dəstəyi ilə keçirilir. Filmlər çəkildiyi dildə, almanca alt yazılarla tamaşaçılara təqdim edilir. /Azadliq.org
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Son xəbərlər 
Daha çox 



















