Cazsevərlər İbrahim üçün yığışır!

Bildiyiniz kimi, İstanbula imtahana gedərkən halı pisləşib xəstəxanaya yatırılan və Leykoz diaqnozu qoyulan İbrahim Fərhadlı hal-hazırda İstanbul "Acıbadem” xəstəxanasında müalicə alır
(Ətraflı: goo.gl/boQrSm). İbrahimin müalicəsi üçün tələb olunan məbləği yığmaq üçün könüllülər daha əvvəl xeyriyyə yarmarkaları keçiriblər. İbrahim üçün könüllülərin təşkil etdiyi növbəti tədbir xeyriyyə konsertidir. "Milli Koloritli Jazz Gecəsi” alı ilə 18 martda saat 19:30-da keçiriləcək konsertə məşhur Jazz ifaçıları öz dəstəklərini göstərməyi borc biliblər. Nurlan Növrəsli, Arslan Növrəsli (caz qrupu ilə), Fərid və Aygün Əsgərovlar, Təranə Mahmudova, Salman Qəmbərov, Fərid Mayılov və Anar Keytarman (Yusifov), Mircavad Cəfərov və Cəngi Caz Qrupu, Bülbül adına orta ixtisas musiqi məktəbinin şagirdləri konsertdə iştirak edəcəklər.
Biletləri 070 201 2021 və ya 070 201 1587 nömrəsi ilə əlaqə saxlayaraq sifariş edə və ya "Nizami" restoranından (Bülbül prospekti, 20) əldə edə bilərsiniz.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Son xəbərlər 
Daha çox 



















