Muxtar Manıyevin vəziyyəti pisləşdi

Xalq aristi Muxtar Manıyevin vəziyyəti pisləşib.
Bu barədə ANS PRESS-ə Topçubaşov adına Elmi Tədqiqat Cərrahiyyə İnstitutunun reanimasiya şöbəsindən verilib. Hazırda onun vəziyyəti orta ağırdır.
"Muxtar Manıyev xəstəxanamıza səhər saatlarında gətirilib. Hazırda reanimasiyadadır. Ona sağ aşağı ətraflarında trofik xorası (qidalanmır) diaqnozu qoyulub. Bundan başqa, o, şəkərli diabet, mikro, makro, angipotia, artiskleroz və ensofolopotiya diaqnozlarından əziyyət çəkir”, - deyə tibb işçisi bildirib.
Muxtar Manıyev 1935-ci ildə Bakıda doğulub. Azərbaycanın kino aktyoru, Azərbaycanın xalq artistidir. O, 157 filmə çəkilib. Muxtar Maniyevin kinoya gəlişi "Onu bağışlamaq olarmı?" filmi ilə başlayıb.
Çox keçmədən ardınca "Koroğlu" filminə çəkilib. "İnsan məskən salır" filmində Muxtarın qəhrəmanı ekranda az görünsə də, filmin konflikti məhz onun üzərində qurulub. Hazırda aktyorun bütün rollarını xatırlatmaq fikrindən uzağıq. Lakin bir məsələni xüsusi vurğulamaq lazımdır ki, 40 ildən artıq yaradıcılığı dövründə Muxtar müəllim milli kinomuz üçün qiymətli obrazlar yaradıb. Bu qəhrəmanlar kinomuzda özünəməxsus yeri olan sənət nümunələridir.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Son xəbərlər 
Daha çox 



















