Azərbaycanı “Eurovision”da təmsil edəcək mahnının klipi - VİDEO

2016-cı ildə Azərbaycanı "Eurovision” mahnı müsabiqəsində təmsil edəcək Səmra Rəhimlinin ifa edəcəyi "Miracle” mahnısının klipi "Eurovision”ın rəsmi saytı və "Youtube” kanalı vasitəsi ilə ictimaiyyətə təqdim edilib.
ANS PRESS-in mahnı müsabiqəsinin rəsmi saytına istinadən verdiyi məlumata görə, bir neçə gün əvvəl 21 yaşlı müğənni Səmra "Eurovision” 2016 mahnı müsabiqəsində Azərbaycan təmsilçisi kimi elan edilib. Bu gün isə SəmranınStokholmda ifa edəcəyi mahnının klipi yayılıb. Klipdə müğənni sayrışan işıqlar altında mikrofon qarşısında dayanaraq mahnını ifa edir.
Müsabiqənin rəsmi saytına müsahibə verən Səmra mahnı haqda təəsüratlarını bölüşüb.
"Bu mahnı ağrılı-acılı bir hekayə olsa da, ballada deyil. Bu mənim üçün, güclü və cəsur bir qızın himnidir. Ümid edirəm ki bu mahnı öz sevgisini itirənlərə ilham verəcək və doğru qərar verməklərinə də kömək edəcək. Bu mənim üçün real möcüzə ola bilər”, -deyə Səmra bildirib.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Son xəbərlər 
Daha çox 



















