Teatr və kino sənətkarları haqqında kitablar yazılacaq

"Azərbaycanın görkəmli teatr və kino sənətkarları haqqında silsilə kitablar yazılacaq".
Bu barədə "Report"a sənətşünaslıq doktoru, professor İlham Rəhimli açıqlama verib.
Onun sözlərinə görə, Gəncə Teatrının tarixi haqqında da kitab yazılacaq və tədqiqat aparılacaq: "Bunlar gələcəyin işləridir. Belə kitabları yazmaq lazımdır. Gənc nəslin keçmişdən, keçmişdə yaşayıb-yaradan sənətkarlardan xəbəri olmalıdır. Məsələn, Azərbaycanın ilk aktrisası Mənsurə Səfərova olub. Mənsurə Səfərova Moskvada təhsil alıb. Amma onun haqqında çoxlarının məlumatı yoxdur. Azərbaycan teatrının tarixi, keçmişi, bu günü haqqında çox materialları nəşr etmək lazımdır. Bu işdə gənc teatrşünaslar fəal olmalıdır".
Qeyd edək ki, İlham Rəhimli Azərbaycan teatrının tarixi, Azərbaycanın teatr sənətkarları və ümumilikdə, Azərbaycanın mədəniyyət və incəsənət xadimləri haqqında 65 kitabın müəllifidir.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Son xəbərlər 
Daha çox 



















