Şekspirin kəllə sümüyünün oğurlanması fərziyyəsi təsdiqini tapıb

Britaniyalı arxeoloqlar Uilyam Şekspirin kəllə sümüyünün məzardan oğurlanması fərziyyəsini təsdiqləyib
Britaniyalı arxeoloqlar məşhur ingilis şair və dramaturqu Uilyam Şekspirin kəllə sümüyünün məzardan oğurlanması fərziyyəsini təsdiqləyib.
"Report" "The Guardian"a istinadən xəbər verir ki, ekspertlər elektromaqnit radar vasitəsiylə qəbrin skan edilməsi zamanı əldə edilən məlumatlara əsaslanır.
Qeyd edək ki, Şekspirin qəbri Stratford-apon-Eyvon şəhərindəki Müqəddəs Üçlük kilsəsinin döşəməsinin altındadır. Elektromaqnit radar vasitəsiylə qəbrin skan edilməsi nəticəsində britaniyalı şairin dəfni ilə bağlı bəzi miflər aradan qalxıb. Belə ki, onun cəsədinin 5 metr dərinlikdə, şaquli formada basdırılması haqqında rəvayətlər dolaşırdı. Skandan sonra isə məlum olub ki, qəbir 1 metr dərinliyə malikdir, o, üfiqidir və cəsəd kəfənə bürünərək torpağa tabutsuz basdırılıbmış.
Şekspirin kəllə sümüyünün oğurlanması 18-ci əsrdə barədə versiya ilk dəfə olaraq1879-cu ildə "Argosy" jurnalında nəşr edilmişdi.
Xatırladaq ki, may ayının 3-də U.Şekspirin ölümünün 400-cü ildönümünü qeyd ediləcək.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Son xəbərlər 
Daha çox 



















