Bakıda yeni teatr yaradıldı

Azərbaycanda "Media Company"–nin nəzdində "M.TEATR PRODUCTION” adlı yeni müstəqil teatr yaradılıb.
APA-nın məlumatına görə, teatrın bədii rəhbəri əməkdar artisti Vidadi Həsənov, direktoru Amil Əyyubdur. Martın 29-da R.Behbudov adına Mahnı Teatrında teatrın "Məsəl, ya...” adlı ilk tamaşa nümayiş olunacaq.
Vidadi Həsənovun rəhbərliyi ilə yaradılmış müstəqil teatrda gənc sənətçilər toplanıb. "Məsəl, ya...” adlı bir hissəli mükamilədə Oktay Mehtiyev, Amid Qasımov, Elgün Həmidov, Vüqar Hacıyev və Günay Əhməd çıxış edirlər. Ü.Hacıbəylinin "Ordan-burdan” kitabı əsasında hazırlanmış bir bölümlü mükalimə-tamaşada iştirak edən beş sənətçi beş zaman səyyahı kimi tamaşaçıları keçən əsrin əvvəllərinə, o illərin gizlinlərinə səyahətə aparır.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Son xəbərlər 
Daha çox 



















