Moskvada Beynəlxalq Rastropoviç Festivalı başladı

Moskvada VII Beynəlxalq Mstislav Rastropoviç Festivalı başlayıb.
"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, festivalın açılışı Moskva Konservatoriyasının Böyük zalında Motsartın "Rekviyem" əsəri ilə olub.
Bu dəfə keçirilən festival M.Rastropoviçin xanımı, görkəmli opera müğənnisi Qalina Vişnevskayanın 90 illik yubileyinə həsr edilib.
Festivalın açılşında Rusiyanın görkəmli sənət adamları, musiqi xadimləri iştirak edib.
10 gün davam edəcək beynəlxalq festivalda Rusiya, İngiltərə, Fransa Opera və Balet teatrlarının solistləri və Rusiya Dövlət Filarmoniyasının musiqiçiləri iştirak edəcək.
Festivalın iki günü Qalina Vişnevskayanın vətəni - Sankt-Peterburqda və Kronştadta keçiriləcək.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Son xəbərlər 
Daha çox 



















