Vaxtanq Kikabidze: Azərbaycanda yaxşı mahnı və zarafatın dəyərini bilirlər

"Bakıda özümü yaxşı hiss edirəm”.
Müğənni və aktyor Vaxtanq Kikabidze "Moskva-Baku” portalına qısa monoloq-müsahibə verib.
Oxu.Az xəbər verir ki, o, bakılı tamaşaçılar ilə çoxdankı və qarşılıqlı məhəbbətindən, hər şeydən çox dəyərləndirdiyi dostluğundan və azərbaycanlılar ilə gürcülərin oxşar cəhətlərindən danışıb.
"Mən Bakıda tez-tez oluram və ora qayıtmağı sevdiyimi gizlətməyəcəm. Demək olar ki, şəhər ilə qarşılıqlı məhəbbətimiz var, mən ora sevinclə gedirəm. Bakıda özümü yaxşı hiss edirəm.
Səfərlər əsasən işlə bağlı olur. Qastrollara gedirəm, baxmayaraq ki, orda çox və əsl dostlarım var. Onlar istədikləri vaxt Tibilisiyə gələ bilərlər və onları orada isti qarşılama gözləyir.
Bakıdakı solo konsetrtlərim anşlaq ilə keçir, tamaşaçılarda hər dəfə "yenə gəlin” sözünü eşdirəm. Tamaşaçılara hər zaman minnətdaram, öz təşəkkürümü mahnılarımla bildirirəm.
Bir neçə dəfə öz gözəlliyi və aurası ilə unikal məkan olan Heydər Əliyev Mərkəzində çıxş etmişəm. Möhtəşəm binadır, memarlığına görə qeydri-adidir, amma orada eyni zamanda çıxış etmək çox asandır.
Azərbaycanda da Gürcüstanda olduğu kimi yaxşı mahnı və zarafatın dəyərini bilirlər, hər iki millət çox qonaqpərvərdir. Ora qayıtmaq imkanı məni hər dəfə sevindirir”.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Son xəbərlər 
Daha çox 



















