"Yazı" dərgisinin 17-ci sayı çıxdı

"Yazı” ədəbiyyat dərgisinin 17-ci sayı işıq üzü görüb. "Yazıçılarımızın arxivindən” bölümündə Sabir Əhmədlinin "Yazılmayan yazı” romanının davamı və Eyvaz Əlləzoğlunun "Yeni il” hekayəsi verilib.
"Poeziya” bölməsində Mahir Mehdi, Saday Şəkərli, Ziba Xəlil, Məhəmməd Tanhu, Gülşad Quliyeva, Elşən Əzim, İntiqam Yaşar və İsmayıl İmanzadənin şeirləri, "Güneydən səslər”də Elşən Böyükvənd, Xosrov Barışan və Zaman Paşazadənin yazıları yer alıb.
"Nəsr” bölümündə Alpay Azər, Nərmin Kamal, Həmid Piriyev, Vəfa Mürsəlqızı, Sərxan Əziz, Şəhriyyə Qəzənfərqızı, Qalib Şəfahət, Qalib Bəhram, Kamil İlqar Zeynalovun hekayələri, Yaşar Bünyadın "İblis busəsi” romanının davamı və Azad Qaradərəlinin "Şüşə ev” romanını sonu çap olunub.
Dərginin "Çevirmə” yerində S.Alekseyeviçin Nobel nitqi, Rainar Maria Rilke və Ahmet Yıldızın əsərlərindən nümunələr, "Esse” bölümündə Umberto Eco, Niyazi Mehdi, Qan Turalı və Müşfiq Xanın yazılarını oxumaq olar.
"Palitra”da Saatlı rayonunda yaşayan sürrealist rəssam Sürəyya Muğanlının yaradıcılığı haqda məlumat və rəsmlərindən nümunələr təqdim olunur.
Dərginin bu sayında ədəbiyyat xəbərləri, yeni nəşrlər və digər yazılarla tanış olmaq olar. /Azadliq.org
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Son xəbərlər 
Daha çox 



















