Dünyanın ən böyük Uşaq Kitabları Sərgisində Azərbaycan yoxdur

Dünyanın ən böyük uşaq kitabları sərgisi olan Bolonya Uşaq Kitabları Sərgisi açılıb. Hər il 4-7 apreldə keçirilən sərgidə 50-dən çox ölkənin nümayəndələri, minlərlə iştirakçı olur.
Uşaq kitablarıyla maraqlanan tamaşaçılarla yanaşı, dünyanın müxtəlif ölkələrindəki nəşriyyat, yazıçı, illüstrator və tərcüməçilərin də qatıldığı bu kitab sərgisi 1963-cü ildən bu yana keçirilir. Builki fəxri qonaq-ölkə Almaniyadır, Almaniya uşaq kitablarıdır.
Sərgi çərçivəsində konfranslar, tərcümə və kitab illüstrasiyası atelyeləri, həmçinin uşaqların da iştirak edə biləcəyi əyləncəli tədbirlər olur.
Növbəti illərdə çap olunacaq uşaq kitabları üçün müxtəlif ölkələrin nəşriyyatları arasında vasitəçilik edən ədəbiyyat agentləri yeni müqavilələr bağlayacaqlar.
Uşaq ədəbiyyatı üçün nüfuzlu Andersen Mükafatının 2016-cı il qalibi Çin yazıçısı Cao Wanxuan, onun kitablarının alman illüstratoru R.S.Berner-ə tədbirdə xüsusi diqqət olacaq.
Azərbaycan tədbirin iştirakçılar siyahısında yoxdur. /Azadliq.org
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Son xəbərlər 
Daha çox 



















