Maykl Ceksonun şərəfinə Hindistanda heykəl ucaldıldı

Hindistanın Çennai şəhərində məşhur müğənni Maykl Ceksonun heykəli ucaldılıb.
"Report" xarici mətbuata istinadən xəbər verir ki, 3 metr hündürlüyü olan heykəl bütöv qara qranitdən hazırlanıb. Heykəlin üzərində 6 heykəltəraş çalışıb.
Maykl Ceksonun heykəlini onun pərəstişkarı sifariş verib. Onun sözlərinə görə, bu heykəlin Maykl Ceksonun yaşadığı malikanənin həyətində ucaldılmasını istəyib. Bu barədə məşhur ulduzun ailəsinə məktub yazan fanatı M.Ceksonun ailəsindən cavab gəlmədiyini görüb, heykəli doğma şəhərində ucaldıb.
Heykəlin açılışında Hindistanın tanınmış aktyorları çıxış edib, Maykl Ceksonun şərəfinə hind rəqsləri ifa ediblər.
Qeyd edək ki, heykəlin ümumi çəkisi 3,5 tondur.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Son xəbərlər 
Daha çox 



















