Aktyor Mirça Albulesku vəfat etdi

Rumıniyanın tanınmış aktyoru Mirça Albulesku dünyasını dəyişib.
"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, 81 yaşlı aktyor ürəyində yaranan problemlərdən sonra həyatla vidalaşıb.
Aktyor bazar günü torpağa tapşırılacaq.
Qeyd edək ki, Mirça Albulesku Buxarest Bələdiyyə Teatrının, Musiqili Komediya və Buxarest Milli Teatrlarının aktyoru olub. Teatrla yanaşı, kinoda və televiziyada da çıxış edən aktyor, həm də şair kimi tanınıb. Yazdığı şeirləri bədii qiraətçi kimi tamaşaçılara çatdıran aktyor Rumıniyanın Yazıçılar Birliyinin üzvü olub.
Rumıniyanın İncəsənət Universitetinin professoru olan Mirça Albulesku 1992-1994-cü illərdə Rumıniya Mədəniyyət Nazirliyində dövlət katibi vəzifəsini icra edib.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Son xəbərlər 
Daha çox 



















