ABŞ-da muzeydən Endi Uorholun yeddi əsəri oğurlanıb

10 rəsm əsərindən ibarət tam sikl təxminən yarım milyon dollar məbləğində qiymətləndirilir
ABŞ-da Missisipi ştatının Sprinqfild şəhərindəki muzeydən amerikalı rəssam Endi Uorholun üzərində "Kempbell" şirkətinin konservləşdirilmiş şorba qutuları olan yeddi əsəri oğurlanıb.
"Report" BBC-yə istinadən xəbər verir ki, FTB oğurluq hadisəsinin hələ aprelin 7-də baş verdiyini açıqlayıb. Ancaq Bürodan olayın detalları barədə məlumat verilməyib. Yalnız o məlumdur ki, oğurlanmış 7 əsər "Kempbell" şirkətinin şorba qutularına həsr olunmuş 10 portretlik siklə daxildir.
FTX oğurlanmış əşyalarla bağlı informasiyaya görə 25 min dollar mükafat vəd edib. Oğurlanmış əsərlərin ümumi dəyəri barədə məlumat olmasa da, 10 rəsm əsərindən ibarət tam sikl təxminən yarım milyon dollar məbləğində qiymətləndirilir.
Qeyd edək ki, "Kempbell" şirkətinin konservləşdirilmiş şorbasının müxtəlif ölçülü qutularının portretləri E.Uorhola dünya şöhrəti gətirib. O, bu əsərləri 1962-ci ildə işləyib.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Son xəbərlər 
Daha çox 



















